Rusiya kütləvi PUA hücumuna məruz qalıb

Ukrayna Rusiya ərazisinə ötən gecə 26 pilotsuz uçuş aparatı (PUA) ilə hücum edib.

 

Azinformasiya.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi ötən gecə Ukrayna dronlarının vurulduğu yerləri açıqlayıb.

Belə ki, Moskva regionunda 2, Leninqrad vilayətində 1, Belqorod ərazisində 7, Kursk vilayətində 12, Bryanskda 1, Tula vilayətində 1, Orlov vilayətində 2 Ukrayna PUA-sı vurulub və ya ələ keçirilib.

Qeyd edək ki, Ukraynanın PUA hücumu nəticəsində Rusiyanın bir sıra vilayətlərində neft anbarlarında yanğın baş verib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir