Cənubi Koreyanın Tonqyeonq sahillərində 9 ekipaj üzvü olan balıqçı gəmisinin batması nəticəsində 4 ekipaj üzvünün öldüyü, daha 5 nəfərin axtarıldığı açıqlanıb.
Azinformasiya.az xəbər verir ki, bu barədə CNN Türk məlumat yayıb.
Cənubi Koreyanın sahil şəhəri Tonqyonq sahillərində üzən balıqçı qayığı naməlum səbəbdən aşıb. Cənubi Koreya Sahil Mühafizə Qüvvələrindən verilən açıqlamada, dünən səhər saatlarında baş verən qəzadan sonra 2-si Cənubi Koreyalı, 7-si İndoneziyalı 9 ekipaj üzvünün tapılması üçün axtarış-xilasetmə əməliyyatı başladılıb.
20 xilasedici qayıq və 4 təyyarənin dəstəyi ilə aparılan işlər zamanı Cənubi Koreyalı kapitanın və 3 İndoneziya ekipajının cəsədi aşkar edilib. İtkin düşən 5 nəfərin axtarışları bu gün davam edərkən, batan 20 tonluq qayığın dənizdən çıxarılacağı öyrənilib.
Qəzanın səbəblərini müəyyən etmək üçün ətraflı araşdırmalara başlanılıb.
Azinformasiya.az