Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycana dövlət səfəri edəcək.
Azinformasiya.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidmətindən bildirilib.
Məlumata əsasən, səfər çərçivəsində Tokayev Azərbaycan Prezidenti ilə danışıqlar aparacaq, eyni zamanda, Qazaxıstan-Azərbaycan Ali Dövlətlərarası Şurasının ilk iclasında iştirak edəcək.
Azinformasiya.az