Saatlı və Cəlilabadda yanğın baş verib

Saatlı və Cəlilabad rayonlarında yanğın olub.

Azinformasiya.az FHN-ə istinadən xəbər verir ki, Novruzlu kəndində ümumi sahəsi 90 m² olan birmərtəbəli 4 otaqlı evin zirzəmisinin qamışdan ibarət tavanı 12 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Cəlilabad rayonunun Təzəkənd kəndində isə ümumi sahəsi 70 m² olan birmərtəbəli 3 otaqlı evin tavanı 34 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir