“Dağlıq Qarabağda atəşkəsin sonuncu pozulmasından sonra belə halların baş verməyəcəyinə ümidvaram”.
Azinformasiya.Az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin illik mətbuat konfranda bildirib.
Rusiya lideri 9 noyabr razılaşmasının Qarabağda qan tökülməsinə son qoyduğunu xatırladıb: “İnsanlar artıq ölmür, bu da prinsipial məsələdir, həll etdiyimiz ən mühüm məsələdir. Silahlı qüvvələr olduqları yerdə dayandıqları üçün həm Azərbaycan, həm də Ermənistan tərəfi üçün infrastruktur səciyyəli müəyyən çətinliklər yarandı, bunlar danışıqlar əsnasında sakit aydınlaşdırılmalıdır, çünki üçtərəfli bəyanat bunun üçün hər cür imkanlar yaradır. Orada yazılıb ki, atəşkəs əldə ediləndən sonra növbəti mərhələdə regionda münasibətlər tam yoluna qoyulmalı, iqtisadi və infrastruktur potensialı üzə çıxarılmalıdır. Bunlar Naxçıvana da aiddir, Ermənistanın şimalı ilə cənubu arasındakı gediş-gəlişə də”.
Bölgədə rusiyalı sülhməramlıların sayının artırılmasına gəlincə, V.Putin deyib: “Bu, mümkündür, amma yalnız tərəflərlə, o cümlədən Azərbaycan tərəfi ilə razılaşdırılması şərtilə. Yəni bu, sırf texniki məsələdir. Bunun zəruri olmasına hamı qərar versə, bunu edərik, əks təqdirdə isə yox”.