İsveç Baş naziri İsveçin NATO-ya üzvlüyü ilə bağlı paylaşım edib

“NATO Baş katibi Stoltenberq məni indicə məlumatlandırdı ki, NATO-ya üzv bütün dövlətlər bizim qoşulma protokolumuzu qəbul edib və İsveçi Şimali Atlantika Müqaviləsinə qoşulmağa dəvət edib. İsveç tezliklə NATO-nun 32-ci üzvü olacaq”.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə İsveç Baş naziri Ulf Kristersson “X” səhifəsində yazıb.

Qeyd edək ki, ABŞ Dövlət Departamenti bu gün İsveçin NATO-ya üzvlüyü barədə protokolun qüvvəyə mindiyini açıqlayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir