ABŞ-ın Kaliforniya ştatında atışma nəticəsində 4 nəfər ölüb, çoxlu sayda şəxs yaralanıb.
Azinformasiya.az “Reuters“-ə istinadən xəbər verir ki, hadisə Kaliforniya ştatının Kinq Siti şəhərində qeydə alınıb. İnsident yaşayış binasında keçirilən şənlikdən sonra baş verib.
Hadisə nəticəsində üç kişi hadisə yerində ölüb, ağır yaralı olan bir qadın isə xəstəxanada keçinib.
Azinformasiya.az