Qazaxıstanda 5.2 maqnitudalı zəlzələ olub.
Azinformasiya.az xəbər verir ki, bu barədə “Sputnik”in Qazaxıstan bürosu məlumat yayıb.
Qeyd olunub ki, zəlzələ Almatıda hiss olunub, Türküstan vilayətində körpü dağılıb. Zəlzələnin episentri Almatı şəhərindən 37 kilometr məsafədədir.
Ölən və xəsarət alanlar barədə məlumat yoxdur. Hazırda şəhərdə həyəcan siqnalı işə düşüb.
Azinformasiya.az