Ərdoğan: Fransa terrorun əsas dəstəkçisidir

Fransa terrorun əsas dəstəkçisidir.

 

Azinformasiya.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aydın vilayətində xalqa müraciəti zamanı deyib.

Ərdoğan Fransanın “Lafarge” sement brendinin Suriyanın şimalında terrorçular üçün sığınacaqlar inşa etdiyini bildirib.

Türkiyə Prezidenti Fransanın terrorun əsas dəstəkçisi olduğunu təəssüflə ifadə edib: “Fransa bacarmadı. Amma biz nə etdik? Biz Suriyanın şimalında “Lafarge”nin bütün sığınacaqlarını məhv etdik və dayanmayacağıq, vəssalam!”

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir