Borrellin səhhətində problem yaranıb

Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell səhhətində yaranan problemə görə Avropa Parlamentinin iclasında iştirak etməyib.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Aİ-nin Ali Nümayəndəsi “X” hesabında yazıb.

“Təəssüf ki, səhhətimdə yaranan kiçik problemə görə Avropa Parlamentində bu həftə keçiriləcək müzakirələri buraxmalı oldum və həkimlər mənə ictimai tədbirləri bir neçə gün təxirə salmağı məsləhət görüblər. Tezliklə tam cədvəlimi bərpa etməyi səbirsizliklə gözləyirəm”, – Borrell bildirib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir