Şamaxıda 16 yaşlı oğlan xəsarət alıb.
Azinformasiya.az xəbər verir ki, hadisə Şamaxı şəhərində qeydə alınıb.
Şamaxı sakini, 2008-ci il təvəllüdlü Sərkərov Qadir Qalib oğlunun yıxılaraq xəsarət aldığı bildirilir. Yeniyetmə rayon mərkəzi xəstəxanasına çatdırılıb, ona ağır kəllə-beyin travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az