XİN: Xocalı soyqırımı Ermənistanın soyqırımı siyasətinin tərkib hissəsi idi

Xocalı soyqırımı Ermənistanın sistemli etnik təmizləmə və soyqırımı siyasətinin tərkib hissəsi idi.

 

Azinformasiya.az xəbər verir ki, bu, Xarici İşlər Nazirliyinin Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı X platformasında paylaşımında qeyd olunub.

XİN Xocalı soyqırımına səbəb olan hadisələrin ardıcıllığını əks etdirən qrafiki də paylaşıb.

Xarici işlər naziri Ceyhun Bayramov isə paylaşımında qeyd edib ki, bu kütləvi qətli törədənlər cavab verməlidirlər.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir