Zelenski: Rusiyanı sürprizlər gözləyir

Ukrayna 2024-cü ildə yalnız özünü müdafiə etməyi deyil, həm də yeni əks-hücum hazırlamağı planlaşdırır.

 

Azinformasiya.az xəbər verir ki, o, bu barədə təmas xəttinin yaxınlığında “FoxNews”a verdiyi müsahibəsində bildirib.

Bu ilki hədəflərə toxunan Zelenski qeyd edib ki, Rusiya kimi bir ölkə ilə qarşıdurmada hətta müdafiə də böyük çağırışdır.

“Müdafiə bir nömrəli vəzifədir”, – Ukrayna dövlət başçısı vurğulayıb.

Onun sözlərinə əsasən, Ukrayna Qara dənizdə uğurlu əməliyyatlarını davam etdirəcək: “Mən təfərrüata varmayacağam, lakin Rusiyanı sürprizlər gözləyir”.

 

Azinformasiya.az

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir