“Rusiya Ukrayna arasında davam edən müharibədə on minlərlə insan həlak olub. Burada böyük bir insan fəlakəti gedir”.
Azinformasiya.az xəbər verir ki, bunu Türkiyə parlamentinin spikeri Numan Kurtulmuş Asiya Parlament Assambleyasının Bakıda keçirilən 14-cü Plenar Sessiyasının açılışında Numan Kurtulmuş deyib.
“Bu, həmçinin Rusiya ilə bütövlükdə Qərbin müharibəsidir. Əgər bu problem zamanınsa çözülməzsə, bunun qlobal müharibəyə çevriləcəyi aşkardır”, – o qeyd edib.
Numan Kurtulmuş Qəzzada baş verən son proseslərin də region baxımdan ciddi narahatlıq doğurduğunu bildirib.
“Buna görə də sülh naminə dünyada bu cür əməkdaşlıqlara ehtiyac var. Bütün bu problemlər həllini tapmasa, qorxuram ki, qarşıdakı dönəm dünyada daha böyük silkələnməyə səbəb olacaq”.
Azinformasiya.az