Xəbər verdiyimiz kimi, bu gün Münxendə Azərbaycan Prezidenti İlham Əliyevlə Almaniya Kansleri Olaf Şolts arasında ikitərəfli görüş keçirilib.
Azinformasiya.az xəbər verir ki, ikitərəfli görüşdə Azərbaycan-Almaniya münasibətlərinin inkişafından məmnunluq ifadə olunub.
Bundan əlavə, qeyd olunub ki, normallaşma prosesi iki tərəf – Azərbaycanla Ermənistan arasında aparılır.
O da bildirilib ki, Almaniya öz xoşməramlı səylərini hər zaman göstərməyə hazırdır və öz platformasını təklif edir.
Görüşdə, həmçinin qeyd edilib ki, Almaniya COP29-la bağlı Azərbaycanda bu tədbirin keçirilməsi üçün çox yaxşı imkanların olduğunu düşünür.
Azinformasiya.az