Sumqayıtda Prius yük maşını ilə toqquşub, 2 nəfər xəsarət alıb

Sumqayıtda ağır-yol nəqliyyat hadisəsi olub, 2 nəfər xəsarət alıb.

 

Azinformasiya.az xəbər verir ki, hadisə Sahil küçəsində baş verib.

İsuzu markalı yük avtomobili ilə Toyota Prius markalı avtomobil toqquşub. Nəticədə İsuzu aşaraq ərazidə yerləşən restoranın məhəccərlərini yararsız hala salıb.

Qəza zamanı Toyota Priusun sürücüsü Vüsal Hacılı və sürücünün yanında olan sərnişin 1991-ci il təvəllüdlü Tural Şəfiyev xəsarət alıblar, vəziyyətləri kafidir.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir