Paşinyan Almaniyaya gedib

Ermənistanın Baş naziri Nikol Paşinyan həyat yoldaşı Anna Akopyanla birlikdə Almaniyanın Münhen şəhərinə yola düşüb.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə onun mətbuat katibi Nazeli Baqdasaryan məlumat yayıb.

Paşinyan 16-18 fevral tarixlərində Almaniyada səfərdə olacaq, Münhen Təhlükəsizlik Konfransının rəsmi açılış mərasimində iştirak edəcək, həmçinin bir sıra xarici ölkə rəhbərləri ilə ikitərəfli görüşlər keçirəcək.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir