“Rəy sorğularına baxdığımızda həm Şimali Amerikada, ABŞ-də, Kanadada, həm də Avropada NATO-ya rekord dərəcədə yüksək dəstək var”.
Azinformasiya.az xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq alyansın müdafiə nazirlərinin iclasından sonra yekun brifinqdə deyib.
“Mən əminəm ki, NATO tarixdə ən güclü və ən uğurlu alyans olaraq qalacaq. Mən ABŞ-nin ən azı üç səbəbə görə sadiq müttəfiq olmağa davam edəcəyini gözləyirəm. Birincisi, güclü NATO-nun olması ABŞ-ın milli təhlükəsizlik maraqlarına uyğundur. İkincisi, ABŞ-də NATO-ya faktiki olaraq geniş dəstək var. Üçüncüsü, ABŞ-də tənqidlər ilk növbədə NATO-ya qarşı deyil. Bu, NATO müttəfiqlərinin NATO-ya kifayət qədər pul xərcləməməsinə qarşıdır. Avropalı müttəfiqlərin və Kanadanın hərbi büdcəyə kifayət qədər xərcləməməsi ilə bağlı ABŞ tərəfindən ədalətli bir iddia qaldırıldı. Lakin işlər həqiqətən dəyişib”, – deyə Stoltenberq bildirib.
Baş katib deyib ki, artıq Kanada və Avropada müdafiə xərcləri artıb. Stoltenberq bildirib ki, ABŞ heç vaxt müharibələrdə tək vuruşmayıb.
“Onlar Koreya müharibəsindən Əfqanıstana qədər bütün digər müharibələrdə müttəfiqlərlə hər zaman bir yerdə olublar. ABŞ NATO-nun 5-ci müqaviləsinə müraciət (Əfqanıstana qarşı müharibədə red.) edən yeganə ölkə olub. Bundan sonra Kanadadan və Avropadan olan yüz minlərlə əsgər ABŞ hərbçiləri ilə birlikdə vuruşub”, – deyə Stoltenberq bildirib.
Azinformasiya.az