Ərdoğan: Rusiya və Ukrayna arasında danışıqlara ev sahibliyi etməyə hazırıq

“Türkiyə hərtərəfli və ədalətli sülhə müvəffəq olmaq üçün yenidən Rusiya və Ukrayna arasında danışıqlara ev sahibliyi etməyə hazırdır”.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Misir səfərindən dönərkən jurnalistlərə açıqlamasında bildirib:

“Həll yönümlü proses ilə sülhün qapısını aça bilərik. Biz həm cənab Putin, həm də cənab Zelenski ilə görüşlərimizdə bu axtarışları davam etdiririk. Biz əvvəldən ədalətli sülhün müharibədən daha yaxşı olduğunu iddia edir və bütün addımlarımızı bu anlayışla atmağa çalışırıq. Nə qədər ki, sülh istəyirik, ora çatmağın yolunu mütləq tapacağıq”.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir