Aİ-Ermənistan əlaqələrinin daha da inkişafı üçün potensial var

Avropa İttifaqı-Ermənistan münasibətləri müsbət dinamika ilə inkişaf edir.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell mətbuat konfransında bildirib.

Onun sözlərinə əsasən, Aİ-Ermənistan əlaqələrinin daha da inkişafı üçün potensial var:

“Bu gün Ermənistan XİN başçısı da bildirdi ki, onun ölkəsi Aİ ilə daha da yaxınlaşmağa hazırdır. Biz bu gün əməkdaşlıq gündəliyinin hazırlanması barədə qərar qəbul etdik. Bu ambisiyalı gündəlik münasibətlərimizin daha da irəliləməsi üçün yol xəritəsi olacaq”.

Borrell, həmçinin qeyd edib ki, Aİ Ermənistanın nəqliyyat, əlaqələnmə, enerji təhlükəsizliyi sahəsində dayanıqlılığının artırılmasını, eləcə də Ermənistanın Qara dəniz yaşıl dəhlizi və digər regional əlaqələnmə layihələrində iştirakını dəstəkləyir.

Borrell, bu gün Ermənistan XİN başçsı ilə regional vəziyyəti, Azərbaycan və Ermənistan arasında normallaşma prosesini müzakirə etdiklərini də diqqətə çatdırıb. Borrell deyib ki, o, sərhəddəki son insident barədə məlumatlandırılıb.

“Dünən sərhəddə Azərbaycan əsgərinin yaralanması xəbəri yayıldı. Bu, acınacaqlıdır”, – deyə vurğulayıb.

Borrell, eyni zamanda qeyd edib ki, Aİ regionda suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı əsasında dayanıqlı və davamlı sülhün əldə olunmasına sadiqdir.

Qeyd edək ki, bu gün Avropa İttifaqı-Ermənistan Tərəfdaşlıq Şurasının iclası keçirilib. Tərəfdaşlıq Şurasının iclasına Aİ-nin Xarici işlər və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell, Ermənistan nümayəndə heyətinə isə Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan rəhbərlik edib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir