“Oracle Advisory Group”: İlham Əliyev 93,9 faiz səslə seçkilərdə qalib gəlib

ABŞ-nin “Oracle Advisory Group” təşkilatı Azərbaycanda növbədənkənar Prezident seçkilərinin “exit-poll” nəticələrini elan edib.

 

Azinformasiya.az xəbər verir ki, təşkilatın əsas tərəfdaşı George Birnbaum bildirib ki, seçicilərin 93,9 faizi İlham Əliyevə səs verib.

“Exit-poll” nəticələrinə əsasən, namizədlərin topladığı səslərin ardıcıllığı belədir:

1. Prezident İlham Əliyev 93.9%

2. Zahid Oruc 1.8%

3. Fazil Mustafa 1.5%

4. Qüdrət Həsənquliyev 1.2%

5. Razi Nurullayev 0.9%

6. Elşad Musayev 0.4%

7. Fuad Əliyev 0.3%

Qeyd edək ki, ABŞ-ın “ORACLE ADVISORY GROUP” təşkilatı “exit-poll”u yerli tərəfdaş “Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası” ilə birgə keçirib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir