Ağsuda yeniyetmə dəm qazından boğulub.
Azinformasiya.az xəbər verir ki, hadisə rayonun Səməndər Rzayev küçəsində baş verib. Rayon sakini, 2012-ci il təvəllüdlü Sadıqova Fidan Valeh qızı dəm qazından zəhərlənərək dünyasını dəyişib.
Fakla bağlı araşdırma aparılır.
Azinformasiya.az