“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) gəmilərində üzən dənizçilər növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində səsvermə hüququndan istifadə edib.
Azinformasiya.az xəbər verir ki, ümumilikdə 84 gəminin 1455 nəfər heyət üzvünün səsverməsi Bakı vaxtı ilə saat 13:00-da 100 faiz təmin olunub.
Radioqram və mail vasitəsilə gəmilərdən dənizçilərin səsi ASCO-da yaradılan 44 saylı seçki məntəqəsinə göndərilib və bu səslər məntəqədən 7 saylı Səbail seçki dairəsinə daxil olacaq.
Qeyd edək ki, 84 gəmidən 76-sı Xəzər dənizində, 8-i Qara dəniz və Aralıq dənizi hövzələrində üzən gəmilərdir.
Azinformasiya.az