AEBA-nın baş direktoru Ukraynaya səfər edib

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi Ukraynaya səfər edib.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə AEBA-nın baş direktoru “X” hesabında yazıb.

O qeyd edib ki, Zaporojye Atom Elektrik Stansiyasına (AES) səfərindən əvvəl Ukraynanın enerji naziri və “Energeatom” şirkətinin rəsmiləri ilə görüşüb, Ukrayna AES-ləri ilə bağlı fikir mübadiləsi aparıb.

Rafael Qrossi, həmçinin bildirib ki, AEBA bu obyektlərin təhlükəsizliyini dəstəkləməkdə qətiyyətli olaraq qalır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir