ABŞ dövlət katibi Entoni Blinken Misirdə səfərdədir.
Azinformasiya.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.
Səfər çərçivəsində ABŞ dövlət katibi Qahirədə Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə görüşərək Qəzzada fələstinlilərə humanitar yardımın çatdırılmasının asanlaşdırılması və bütün girovların azad edilməsinin təmin edilməsi səylərini müzakirə edəcək.
Azinformasiya.az