FHN Türkiyədəki zəlzələnin ildönümü ilə əlaqədar paylaşım edib

Fövqəladə Hallar Nazirliyi Türkiyədəki dəhşətli zəlzələnin 1-ci ildönümü ilə əlaqədar paylaşım edib.

 

Azinformasiya.az xəbər verir ki, paylaşımda deyilir:

“Qardaş Türkiyədə böyük insan tələfatı və dağıntılarla nəticələnmiş dəhşətli zəlzələnin birinci ildönümündə faciə qurbanlarının ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk.

Zəlzələ baş verdikdən dərhal sonra cənab Prezident İlham Əliyevin tapşırığına əsasən, FHN-in qüvvələri bacı-qardaşlarının yardımına yetişmiş, dağıntılar altından insanların xilas olunması, səhra hospitalları və çadır şəhərciklərinin qurularaq zərərçəkmişlərə zəruri xidmətin göstərilməsi, humanitar yardımın çatdırılması kimi əməliyyatları uğurla yerinə yetirib”.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir