XİN Türkiyədəki zəlzələnin 1-ci ildönümü ilə əlaqədar paylaşım edib

“Qardaş Türkiyədə böyük insan tələfatı və dağıntılara səbəb olan zəlzələnin birinci ildönümündə, faciə qurbanlarının ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk”.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin paylaşımında bildirilib.

“Bir Millət İki Dövlət kəlamı ilə bağlı olduğumuz Türkiyənin həm sevinc, həm də kədərində daim yanındayıq”, – deyə paylaşımda deyilir.

Xatırladaq ki, fevralın 6-da Türkiyənin cənubunda və Suriyanın şimal-qərbində 7,8 və 7,5 bal gücündə iki zəlzələnin on minlərlə insanın həyatına son qoyub.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir