İstanbulda Santa Mariya kilsəsinə hücumla əlaqədar İŞİD terror təşkilatının üzvü olan 17 şübhəli şəxs saxlanılıb.
Azinformasiya.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Xatırladaq ki, yanvarın 28-də İstanbulun Sarıyer rayonunda Santa Maria Kilsəsində ibadət zaman silahlı hücum baş verib. Kilsəyə daxil olan 2 maskalı şəxs ibadət edən şəxsə silahla hücum edərək onu öldürüblər.
Azinformasiya.az