Sumqayıtda 40 yaşlı qadın dəm qazından boğularaq ölüb.
Azinformasiya.az xəbər verir ki, hadisə Yaşıldərə yaşayış massivində yerləşən fərdi evlərdən birində qeydə alınıb.
1984-cü il təvəllüdlü Nailə Qabil qızı Şükürova hamam otağında dəm qazından boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az