KİV: Putinin Türkiyəyə səfəri fevralda baş tuta bilər

Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfəri fevralda baş tuta bilər, lakin vəziyyət Türkiyə və Rusiya liderlərinin qrafikindən asılı olacaq.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə RİA “Novosti”yə Ankaradakı diplomatik mənbədən bildirilib.

Putin bundan əvvəl türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla ilin əvvəlində görüşməyi planlaşdırdığını açıqlasa da, bundan əvvəl Türkiyə Prezidentinin qrafikinə əsasən liderlər görüşə bilməyib. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov daha əvvəl bəyan etmişdi ki, Kreml iki liderin görüşünün vaxtını dərhal açıqlayacaq.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir