Fransaya qarşı sanksiyalar tətbiq edilməsi təklif edilib.
Azinformasiya.az xəbər verir ki, bu, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Fransa Senatının qətnaməsi ilə əlaqədar qəbul etdiyi Bəyanatda əksini tapıb.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Fransanın davamlı anti-Azərbaycan fəaliyyətini nəzərə alaraq, Azərbaycan Respublikası Hökumətinə Fransaya qarşı sanksiyalar tətbiq edilməsi ilə bağlı çağırış edib.
Həmçinin Fransa rəsmilərinin Azərbaycanda hər hansı aktivləri aşkar edildikdə dondurulması təklif olunub.
Azinformasiya.az