Stoltenberq: Putin Ukraynada uğur qazandıqca, Pekinin gücdən istifadə etməsi ehtimalı artır

“Yaponiya və Cənubi Koreya Ukraynada baş verənlərdən narahatdır, çünki onlar başa düşürlər ki, Putin Ukraynada daha çox uğur qazandıqca Pekinin gücdən istifadə etməsi ehtimalı artır”.

 

Azinformasiya.az xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq Davosda keçirilən Dünya İqtisadi Forumunda panel çıxışında deyib.

O qeyd edib ki, Asiyada baş verənlər Avropa üçün, Avropada baş verənlər də Asiya üçün məna kəsb edir.

“Təbii ki, biz Çini düşmən hesab etmirik, lakin Çinin hərbi imkanlarını modernləşdirmək üçün böyük sərmayə qoyması, nüvə imkanlarını daha da inkişaf etdirməsi, Cənubi Çin dənizində Çinin özünü necə aparması və NATO üçün mühüm prinsiplər olan demokratiyanın, qanunun aliliyinin, media azadlığının Çində pozulması və s. bütün bunlar NATO üçün önəmlidir”, – o vurğulayıb.

“Bir şeyi də anlamaq lazımdır ki, Asiyaya gedən NATO deyil, əksinə Çin NATO-ya daha da yaxınlaşır. Onlar Afrikadadır, Arktikadadır, onlar vacib infrastruktura nəzarəti ələ keçirməyə çalışır. Sadəcə bir neçə ilə öncə geniş müzakirələrimiz oldu, müttəfiqlərimizin bəziləri bunun sadəcə kommersiya məsələsi olduğunu deyirdi, lakin bu bizim təhlükəsizliyimizlə bağlı məsələ idi”, NATO Baş katibi bildirib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir