Səudiyyə Ərəbistanı XİN başçısı: İsrail Qəzzada strateji hədəflərinə çatmayıb

“Aydındır ki, Qırmızı dənizdəki eskalasiya Qəzza ilə bağlıdır. Lakin biz Qəzzadakı müharibəyə fokuslanmalıyıq. Biz Qəzzadakı müharibəyə onun fələstinlilərə təsirinə, regionun təhlükəsizliyinə təsirinə və daha çox eskalasiyaya gətirib çıxarma ehtimalına görə fokuslanmalıyıq”.

 

Azinformasiya.az xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Feysal bin Farhan Dünya İqtisadi Forumu çərçivəsində paneldə çıxışında deyib.

“Artıq Qəzzada 30 minə yaxın mülki əhali öldürülüb və hər gün daha çox mülkinin ölümünün şahidi oluruq, onlara humanitar yardımın çatdırılmasına məhdudiyyətlər tətbiq olunur. Və səmimi olaraq qeyd edim ki, biz İsrailin strateji hədəfinə yaxınlaşması ilə bağlı da həqiqi bir işarə görmürük. Beləliklə, biz dərhal atəşkəs əldə etməliyik və regionda sülhün əldə olunmasına imkan verəcək mühitin yaradılmasına müvəffəq olmalıyıq. Bu, regionumuzdakı əksər problemlərin həllinə imkan verəcək. Lakin vəziyyətin bu şəkildə davam etməsi, mülki fələstinlilərin bu əzabının davam etməsi gərginliyin davam etməsinə, eskalasiyanın zaman-zaman təkrar meydana gəlməsinə gətirib çıxaracaq”, – Səudiyyə Ərəbistanı XİN başçısı bildirib.

O vurğulayıb ki, indi beynəlxalq ictimaiyyət “təcili böhrana” fokuslanmalıdır: “Biz bunun sona çatması ilə bağlı həqiqi bir perspektiv də görmürük. Beynəlxalq ictimaiyyət çağırışlar edir, lakin aydındır ki, bunlar kifayət deyil, biz daha çox addım atmalıyıq”.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir