Nigerin Baş naziri Əli Mahamane Lamine Zeine hazırda Rusiyada səfərdədir.
Azinformasiya.az xəbər verir ki, Rusiyanın “İzvestiya” qəzeti Zeinenin Moskva hava limanına gəlişinin şəklini dərc edib.
Səfər çərçivəsində Niger və Rusiya liderləri iki ölkə arasında kənd təsərrüfatı sənayesi və müdafiə sahəsində əməkdaşlığın dərinləşdirilməsini müzakirə edəcəklər.
Onun nümayəndə heyətinin tərkibinə ticarət, müdafiə, enerji nazirləri daxildir.
Qeyd edək ki, Baş nazir Əli Mahamane Lamine Zeine 2023-cü ildə Nigerdə hərbi çevirlişdən sonra hakimiyyəti ələ keçirən hərbi xunta tərəfindən təyin edilib.
Azinformasiya.az