Ukraynada “sülh formulu”nun Rusiyanın iştirakı olmadan müzakirəsinin perspektivi yoxdur.
Azinformasiya.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə əsasən, Ukraynada “sülh formulunun” Rusiyasız müzakirəsi mümkündür, ancaq bunun perspektivi yoxdur.
Kremlin sözçüsü vurğulayıb ki, İsveçrənin Davos şəhərində Ukrayna prezidenti Vladimir Zelenskinin “sülh formulu” ilə bağlı görüşləri söhbət xatirinə söhbətdir, bu görüşlər nəticə əldə etməyə istiqamətlənə bilməz.
Azinformasiya.az