Goranboyda 54 yaşlı piyadanı maşın vurub, vəziyyəti ağırdır

Goranboyda piyadanın vurulması ilə nəticələnən yol qəzası olub.

 

Azinformasiya.az xəbər verir ki, hadisə rayonun Əlirzalı kəndində baş verib.

Hərəkətdə olan minik avtomobili yolu qarşı tərəfə keçmək istəyən 1970-ci il təvəllüdlü Müşviq Quluyevi vurub.

Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir