Berlində 1919-cu ildə öldürülən alman fəhlə hərəkatının liderləri Karl Libknext və Roza Lüksemburqun xatirəsinə nümayiş keçirilib.
Azinformasiya.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.
Nümayişçilər Yəmənə dəstək şüarları səsləndirib, Ukraynaya silah tədarükünün dayandırılmasını tələb ediblər.
Bundan sonra polislə toqquşmalar baş verib.
Hadisədə 20 polis əməkdaşı yaralanıb.
Nümayişçilər arasından da xəsarət alanların olduğu bildirib.
Azinformasiya.az