Ceyms O’Brayn və Armen Qriqoryan Ermənistan-Azərbaycan normallaşmasına dair müzakirə aparıb

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ABŞ ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Braynla görüşü baş tutub.

 

Azinformasiya.az xəbər verir ki barədə Armen Qriqoryan sosial şəbəkə hesabında paylaşım edib.

“Yanvarın 14-də Milli Təhlükəsizlik Müşavirlərinin Davosda keçirilən 4-cü iclası çərçivəsində ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Braynla ikitərəfli görüşüm oldu. Biz Ermənistan-ABŞ ikitərəfli münasibətlərini və bu münasibətlərin gündəliyinin daha da inkişaf etdirilməsi məsələlərini müzakirə etdik.

Biz, eyni zamanda Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesi ilə bağlı fikir mübadiləsi apardıq”, – o vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir