Fransanın xarici işlər naziri Kiyevdə səfirdədir

Fransanın xarici işlər naziri Stefan Sejurne Ukraynada səfərdədir.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin “X” hesabında paylaşım edilib.

“Fransanın müttəfiqlərinə və mülki əhaliyə sadiqliyini bir daha təkrarlamaq üçün xarici işlər naziri ilk səfəri üçün Kiyevə gəlib”, paylaşımda qeyd edilib.

Xatırladaq ki, bundan əvvəl sabiq nazir Ketrin Kolonnanın Ukraynaya səfəri planlaşdırılırdı.

Hökumətdə baş verən dəyişikliklə bağlı onun yerinə Stefan Sejurne Ukraynaya səfər edib.

Fransa XİN başçısı da səfəri ilə bağlı sosial media hesabında paylaşım edərək bildirib ki, onun Kiyevə mesajı Fransanın Ukraynaya yardımının uzumüddətli olacağı ilə bağlıdır: “Artıq 2 ilə yaxındır ki, Ukrayna öz suverenliyini müdafiə etmək və Avropanın təhlükəsizliyini təmin etmək üçün ön cəbhədədir. Fransanın yardımı uzunmüddətlidir. Kiyevə bu mesajımızı vermək üçün gəldim”.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir