Qəzza zolağının mərkəzində yerləşən Əl-Bureyc düşərgəsində HAMAS qruplaşmasına məxsus raket zavodunda baş verən partlayış nəticəsində 6 İsrail əsgəri həlak olub.
Azinformasiya.az xəbər verir ki, bu barədə “The Jerusalem Post” məlumat yayıb.
Qəzetin məlumatına əsasən, partlayıcı maddələrin işə düşməsi İsrail zavodu atəşə tutmasından sonra baş verib. 6 İsrail əsgərinin ölümünə səbəb olan partlayış nəticəsində yeraltı infrastrukturu da olan emalatxana dağıdılıb.
İsrail ordusunun Qəzza zolağında HƏMAS-a qarşı quru əməliyyatı başlayandan bəri həlak olan hərbçilərinin sayı 185-ə çatıb. Ümumilikdə, 7 oktyabrdan bəri Fələstin-İsrail münaqişəsində İsrail ordusunun 520 hərbçisi ölüb.
Azinformasiya.az