Almaniya xarici işlər naziri Annalena Berbok Misir xarici işlər naziri Sameh Şukri ilə görüşüb.
Azinformasiya.az xəbər verir ki, bu barədə Misir Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Görüş Almaniya xarici işlər nazirinin Qahirəyə səfəri çərçivəsində baş tutub.
Xatırladaq ki, Annalena Berbok yanvarın 6-dan regionda səfərdədir. O, daha öncə İsrailə və Fələstinə səfər edib və burada yüksək səviyyəli görüşlər keçirib.
Səfərdən öncə Almaniya XİN sözçüsü bildirmişdi ki, Annalena Berbokun görüşlərində Qəzzada humanitar durum, İordan çayının qərb sahilindəki vəziyyət və İsrail-Livan sərhədindəki son dərəcə qeyri-sabit vəziyyət, eləcə də HAMAS-ın götürdüyü girovların azad edilməsi üçün səylər müzakirə olunacaq.
Azinformasiya.az