Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Əməkdar artist Aygün Bəylərin vida mərasiminə əklil göndərib.
Azinformasiya.az xəbər verir ki, əklil vida mərasiminin keçirildiyi Səttar Bəhlulzadə adına Mədəniyyət Mərkəzinə gətirilib.
Qeyd edək ki, Əməkdar artist Aygün Bəylər uzun sürən xəstəlikdən Türkiyədə vəfat edib. Onun cənazəsi Ankara-Bakı xüsusi reysi ilə Bakıya gətirilib.
Azinformasiya.az