İsrailin Baş naziri Benyamin Netanyahu “Hizbullah”a xəbərdarlıq edib.
Azinformasiya.az xəbər verir ki, Netanyahu Nazirlər Kabinetinin həftəlik iclası zamanı təşkilatın rəhbərliyini HAMAS-ın üzləşdiyi taleyə nəzər salmağa çağırıb.
İsrail baş nazirinin sözlərinə əsasən, ölkəsi Livanla sərhəddə gərginliyi azaltmaq üçün siyasi və diplomatik yola üstünlük verir, ancaq lazım gələrsə, öz təhlükəsizliyini təmin etmək naminə istənilən başqa addımı atmağa hazırdır.
“Vətəndaşlarımızı qorumaq və Qəzza zolağının şimalından köçənləri təhlükəsiz şəkildə evlərinə qaytarmaq əzmindəyik. Bu, hamımızın ortaq milli məqsəddir və buna müvəffəq olmaq üçün məsuliyyətlə addım atırıq. Əgər alınsa, siyasi yollarla edəcəyik və yaxud başqa üsullarla hərəkət edəcəyik”, – Baş nazir qeyd edib.
Netanyahu İsrail düşmənlərinə açıq mesaj göndərərək deyib ki, 7 oktyabrda baş verənlər bir daha təkrarlanmayacaq.
Azinformasiya.az