İsveç Rusiyanı dəstəklədiyi üçün Maliyə yardımı dayandırır

İsveç Rusiyanı dəstəklədiyi üçün Maliyə maliyyə yardımını dayandırır.

 

Azinformasiya.az “Svenska Dagbladet”ə istinadən xəbər verir ki, bu barədə İsveçin beynəlxalq inkişaf üzrə əməkdaşlıq naziri Yohan Forssell “TV4 Nyheterna”ya deyib.

“Mali hökuməti Rusiyanın yanında dayanır və onların Ukraynaya qarşı müharibəsini dəstəkləyir”, o bildirib. Forssell Rusiyanın Ukraynanı tərk etməsini tələb edən BMT qətnamələrinin əleyhinə səs verən ölkələrdən biri olduğunu xatırladıb.

Forssell vurğulayıb ki, İsveç yardımı təkcə demokratik olan və “qaydalara əsaslanan dünya nizamına” qarşı çıxmayan və “İsveç maraqlarını pozmayan” dövlətlərə verilməlidir.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir