Sumqayıtda 61 yaşlı kişinin meyiti yaşadığı ünvanda aşkarlanıb.
Azinformasiya.az xəbər verir ki, hadisə “Kotec yaşayış massivi”ndə baş verib.
Sumqayıt şəhər sakini, 1963-cü il təvəllüdlü Baxşəliyev Əlixan Ələmdar oğlunun üzərində zorakılıq əlamətləri olmayan meyiti yaşadığı evdə tapılıb.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az