Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İranda baş verən terror aktı ilə bağlı başsağlığı verib.
Azinformasiya.az xəbər verir ki, bu barədə ölkə başçısının “X” sosial media hesabında paylaşım edilib.
“İranın Kerman əyalətində törədilən dəhşətli terror aktları bizi dərindən kədərləndirdi. Dost və qardaş İran xalqına başsağlığı verirəm”, – paylaşımda deyilir.
Türkiyə XİN də terror aktı ilə bağlı bəyanat yayıb.
“İranın Kerman şəhərində törədilən terror aktı nəticəsində çoxlu sayda ölən və yaralananların olması təəssüflə öyrəndik. Biz bu mənfur terror hücumunu ən kəskin şəkildə pisləyirik. Dost və qardaş İran xalqına və hökumətinə başsağlığı verir, hücumda həyatını itirənlərə Allahdan rəhmət, yaralananlara şəfa diləyirik”, – bəyanatda bildirilib.
Azinformasiya.az