Ermənistan Müdafiə Nazirliyi ölkənin bu il keçiriləcək Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) təlimlərində iştirakı məsələsinə münasibət bildirib.
Azinformasiya.az xəbər verir ki, bu barədə “Sputnik Armenia” yazıb.
Qeyd olunub ki, KTMT-nin Qırğızıstandakı Kollektiv Çevik Reaksiya Qüvvələri və KTMT-nin Qazaxıstandakı kollektiv sülhməramlı qüvvələrinin iştirakı ilə təlimlərin keçirilməsi planlaşdırılır.
Nazirlik bildirib ki, KTMT-nin təlimlərində iştirak məsələsi Təşkilatın hər bir üzvü tərəfindən təlimlərin elan edilməsi mərhələsində həll olunur.
Xatırladaq ki, keçən ilin noyabrında Təşkilatın o zamankı Birləşmiş Qərargah rəisi, general-polkovnik Anatoli Sidorov bu il təlimlərin Qazaxıstan və Qırğızıstanda keçiriləcəyini açıqlamışdı.
Ermənistan keçən ilin 9-13 oktyabrında Qırğızıstanda keçirilən KTMT-nin “Sarsılmaz qardaşlıq” hərbi təlimlərində iştirakdan imtina edib. Ölkə rəhbərliyi də Təşkilatın iclaslarında iştirak etməyib.
Azinformasiya.az