Naxçıvanda silahlı insident olub.
Azinformasiya.az xəbər verir ki, hadisə Şahbuz rayon Badamlı kəndində baş verib.
Kənd sakini, 1967-ci il təvəllüdlü Məmmədov Afət Babakişi oğlu özünü güllələyib.
O, Naxçıvan Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir..
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az