Putin: Rusiya Ukraynadakı münaqişəni bitirmək istəyir

Rusiya Ukraynadakı münaqişəni bitirmək istəyir.

 

Azinformasiya.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin hərbi hospitalda hərbçilərlə görüşündə bildirib.

Onun sözlərinə əsasən, Ukrayna Rusiyanın düşməni deyil, Rusiyanın düşməni onun strateji məğlubiyyətinə müvəffəq olmaq istəyənlərdir: “Qərb əsrlər boyu Rusiya ilə məşğul olmaq vəzifəsini qarşısına qoyub, ancaq biz, deyəsən, onlarla daha tez məşğul olacağıq. Biz də münaqişəyə son qoymaq istəyirik, lakin öz şərtlərimizlə…”

Putin bildirib ki, döyüş meydanında vəziyyət dəyişir, “düşmən sönməy”ə başlayıb.

Rusiya lideri Belqorodda baş verənləri isə terror aktı adlandırıb: “Əlbəttə, biz Kiyevin və istənilən başqa şəhərin meydanlarına zərbə endirə bilərik. Başa düşürəm, mənim içim də qaynayır, lakin bizə mülki insanları vurmaq lazımdır? Xeyr, biz hərbi hədəfləri vururuq, belə də edəcəyik”, -deyə Rusiya Prezidenti vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir