KTMT-yə sədrlik Qazaxıstana keçib

Yanvarın 1-dən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına sədrlik Belarusdan Qazaxıstana keçib.

 

Azinformasiya.az xəbər verir ki, ötən ilin noyabrında Minskdə keçirilən sammitdə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkəsinin prioritetlərini açıqlayıb.

Bu prioritetlər sırasına beynəlxalq terrorizm və ekstremizmə qarşı mübarizədə əməkdaşlıq, BMT və onun strukturları, Müstəqil Dövlətlər Birliyi və Şanxay Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığın genişləndirilməsi daxildir.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir